Şrift:
Yuğ Teatrında premyera: “Səsimi unutma”
08.06.2017 [10:51] - Afişa
İyun 8 - də Yuğ Dövlət Teatrında Kamal Abdullanın "Bir, iki, bizimki" pyesi əsasında hazırlanmış "Səsimi unutma" tamaşasının premyerası keçiriləcək. Teatrdan bildirlib ki, tamaşanın quruluşçu rejissoru baş rejissor Gümrah Ömər, səhnə tərtibatçısı teatrın baş rəssamı Rəşid Şerifdir. Janrı bir bölümlü yuğlama kimi təyin olunan tamaşanın geyim üzrə rəssamı Leyla Əliyeva, musiqi tərtibatçısı Amid Qasımova məxsusdur.

Tamaşada əməkdar artistlər Məmmədsəfa Qasımov (Kişi), Gülzar Qurbanova (Qadın), aktyorlar Amid Qasımov (Oğlan səsi) və Ləman Novruzova (Qız səsi) çıxış edir.

Qeyd edək ki, tamaşanın xronometrajı 70 dəqiqədir. Tamaşa Azərbaycan Dövlət Kukla Teatrının binasında nümayiş olunacaq.
Bu xəbər oxucular tərəfindən 930 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed