Şrift:
Fərəc Quliyev: “Şübhə varsa, seçki protokollarını təqdim edə bilərəm”
04.05.2012 [17:49] - Özəl xəbər, Fərəc Quliyev
"Şəxsən mən Suraxanı seçicilərinin dəstəyini qazanaraq, deputat seçilmişəm"

“Əli Ömərovdan fərqli Milli Məclisdə təmsil olunan deputatlar ciddi adamlardır”. Bunu Milli Məclisin üzvü, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev sabiq baş prokuror Əli Ömərovun “Azadlıq” qəzetinə müsahibəsində səsləndirdiyi fikirləri şərh edərkən belə deyib.

Sabiq baş prokuror Əli Ömərov “Azadlıq” qəzetinə son müsahibəsində millət vəkillərinin ünvanına kəskin ittihamlar səsləndirib: “Kimisə gətirib deputat ediblərsə, deməli, yalnız o, ziyalıdır, yalnız o, siyasətlə məşğul olmalıdır?!”

Publika.Az-a açıqlamasında millət vəkili Fərəc Quliyev ikinci dəfə mandat qazandığını, hər dəfə seçicilərdən dəstək aldığını bildirib: “İlk dəfə parlamentə 1990-cı ildə seçilmişəm. Azərbaycanın müstəqillik əldə etməsində yaxın iştirakım olub. O dönəmdə Əli Ömərov Sovet imperiyasının xidmətində dayanmışdı.

O bu gün hesab edirsə ki, Milli Məclisə seçilən deputatlar təyinatla müəyyənləşib, görünür, öz keçmişini unudub. Şəxsən mən Suraxanı seçicilərinin dəstəyini qazanaraq, deputat seçilmişəm. Buna kiminsə şübhəsi varsa, nəticələrin əks olunduğu yekun protokolları təqdim edə bilərəm”.

Azər Niftiyev
Bu xəbər oxucular tərəfindən 1284 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed