Şrift:
Qırğızıstanda prezident seçkiləri oktyabrın 15-də keçiriləcək
16.06.2017 [10:29] - Gündəm, Türk dünyası-Turan
Qırğızıstan parlamenti-Joqorku Keneşin iclasında ölkədə prezident seçkilərinin 2017-ci il oktyabrın 15-də keçirilməsi ilə bağlı qanun təsdiq edilib. 82 deputat qanunun lehinə səs verib.

Deputatlar bildiriblər ki, seçkilərin azad, demokratik və şəffaf keçirilməsi zəruridir, bunun üçün nə lazımdırsa ediləcək.

Qırğızıstanın indiki və keçmiş baş nazirləri Sooronbay Jeenbekov və Temir Sarıyev, “Respublika Ata-Yurt” partiyasının lideri Omurbek Babanov, “Onquu Proqress” partiyasının nümayəndəsi Bakıt Torobaev və “Ata Məkan”ın lideri Omurbek Babanov seçkilərdə iştirak etmək niyyətlərini açıqlayıblar.

Qırğızıstan qanunlarına görə, dövlət başçısı bir dəfə altı il müddətinə seçilə bilər.
Bu xəbər oxucular tərəfindən 532 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed