Şrift:
Urmiyədə Məlik Məhəmməd tamaşası uğurla nümayiş olunur
24.06.2017 [12:21] - Gündəm, Afişa
Məlik Məhəmməd (Məlik Məmməd) teatr tamaşası Urmiyənin Vəhdət salonunda “Turan” tamaşa qrupu tərəfindən səhnələşdirilir.

Vəli Lotfduxtun rejissoru olduğu Məlik Məhəmməd tamaşası türk dilindədir. Tamaşanın dastanı Azərbaycanın yerli əfsanələrindən götürülüb, onun məzmunu istibdada qarşı mübarizədən ibarətdir.
Urmiyədə Məlik Məhəmməd tamaşası uğurla nümayiş olunur

Bu folklor əsər 20 il sonra yeni bir formada, fərqli geyim və səhnə dizaynı ilə Urmiyədə yenidən nümayiş etdirilir.

Məlik Məhəmməd tamaşası “Turan” tamaşa qrupu tərəfindən icra olunur. Tamaşanın rejissoru bildirib ki, ““Turan” tamaşa qrupu 8 il öncə, 15 incəsənət xadiminin iştirakı ilə fəaliyyətə başlayıb, məqsəd yerli mədəniyyəti yaymaq və bölgədə teatr sənətini inkişaf etdirməkdir.”

Urmiyədə Məlik Məhəmməd tamaşası uğurla nümayiş olunur
Şənqul-mənqul, Turan qartalı, Saray, Yaz elçisi, Ozansız yurd, Bir bayraq altında, Saz, Yenə yapraqlar düşür, Fərhad və Şirin və Qanlı Bayraq, “Turan” tamaşa qrupunun icra etdiyi ən önəmli tamaşalardandır.

Məlik Məhəmməd tamaşası iyunun 18-dən Urmiyənin Vəhdət salonunda icra olunur, tamaşanın nümayişi iyunun 24-dək davam edəcək.
Bu xəbər oxucular tərəfindən 1807 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed