Şrift:
Azərbaycanlı fəal Hamid Allahverdipur məhkəməyə çağırılıb
05.07.2017 [11:05] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Azərbaycanlı milli-mədəni fəal, Sulduz sakini Hamid Allahverdipur Əhərin İnqilab Məhkəməsinə çağırılıb.

Məhkəmənin göndərdiyi çağırış vərəqəsinə əsasən fəal avqustun 8-də məhkəməyə müraciət edərək irəli sürülən ittihamlara cavab verməlidir.

H.Allahverdipur ölkə təhlükəsizliyinə qarşı sövdələşmədə ittiham olunur.

Azərbaycanlı fəal 2015-ci il noyabrın 9-da məlum “Fitilə” televiziya verilişi ilə əlaqədar fars irqçiliyinə qarşı keçirilən etiraz aksiyasında yaxalanıb, 6 gün saxlandıqdan sonra sərbəst buraxılıb. Fəal həmin dosye ilə əlaqədar məhkəməyə çağırılıb.

İrqçiliyə qarşı keçirilən etiraz aksiyalarında tutulanların hamısı “ölkə təhlükəsizliyinə qarşı sövdələşmədə ittiham” olunur.
Bu xəbər oxucular tərəfindən 491 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed