Şrift:
Bayden Fransaya ilk dövlət səfərini edəcək
31.05.2024 [09:57] - Gündəm
ABŞ Prezidenti Co Bayden Fransaya ilk dövlət səfərini edəcək.

Bu barədə Fransa Prezidenti Emmanuel Makronun ofisi məlumat yayıb.

Bildirilib ki, Prezident Makron iyunun 8-də Bayden və həyat yoldaşı Cilli qonaq edəcək.

Makronun ofisindən bildirilib ki, hər iki prezident “Ukraynaya sarsılmaz, uzunmüddətli dəstəyin ehtiyacını” müzakirə edəcəklər.

"Müzakirələr həmçinin iqlimlə bağlı məsələləri əhatə edəcək və xüsusilə iqtisadi, kosmik və nüvə sahələrində ikitərəfli əməkdaşlığın gücləndirilməsinə diqqət yetiriləcək", - bəyanatda deyilir.

Xatırladaq ki, gələn həftə Normandiyada böyük anım mərasimində 25 dövlət və hökumət başçısı iştirak edəcək. Ukrayna Prezidenti Vladimir Zelenskinin iştirakı gözlənilənlər arasındadır. Bayden də Normandiyada keçirilən D-Day-ın 80-ci ildönümünə həsr olunmuş tədbirdə iştirak edəcək.
Bu xəbər oxucular tərəfindən 430 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed