Şrift:
Həmas İran-İsrail müharibəsinə qoşulmayacaq
11.05.2012 [15:16] - Güney Azərbaycan xəbərləri
“İsrail İrana hücum edərsə, İslam hərəkatı Həmas İsraillə müharibəyə girişməyəcək”. Bunu Qəzza bölgəsinin baş naziri İsmayıl Haniyə "Reuters" agentliyinə verdiyi müsahibədə bildirib. Həmas lideri qeyd edib ki, Həmas Fələstin hüdudlarında fəaliyyət göstərən bir hərəkatdır və bu hərəkat Fələstin xalqının maraqlarına xidmət edir.

Haniyə İranın Həmasdan heç bir şey istəmədiyini deyərək, İranın İslam ölkəsinin Həmas hərəkatına eytiyacı belə olmadığını vurğulayıb. Baş nazir İsrail hökümətinin hədələrinin açıq-aşkar olduğunu və bunun təhlilə ehtiyacı olmadığını qeyd edib. Haniya ehtimal edilən İsrail-İran müharibəsinin dəqiq ssenarisini bilməsə də, döyüşlərin bütün regionda fəsadlara gətirəcəyini diqqətə çatdırıb.

Qeyd edək ki, İsrail höküməti işin İranla müharibəyə çatacağı təqdirdə, cənubdan Həmas, şimaldan isə Tehranın dəstəklədiyi Hizbullah təhlükəsini nəzərdən keçirməli olacağını bildirir. İsrail hər iki qruplaşmanın İran tərəfindən təchiz olunmuş külli miqdarda ballistik raketlərə sahib olduğunu iddia edir.
Bu xəbər oxucular tərəfindən 1353 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed