Şrift:
Təbrizdə keçiriləcək Urmu Gölü Etirazlarına ÇAĞIRIŞ
12.05.2012 [12:57] - Güney Azərbaycan xəbərləri
Təbrizdə keçiriləcək Urmu Gölü Etirazlarına ÇAĞIRIŞ
Bir qrup Təbrizli Azərbaycan Milli Hərəkat fəalı Urmu Gölü ilə bağlı Etiraz Yürüşləri barədə Bəyanat yayıb.

Bəyanatda Urmu Gölünə qarşı aparılan qərəzli siyasət şiddətlə məhkum edilib və xalqımız mayın 21-də (xordadın 1-də) Milli Qiyamın növbəti ildönümündə kütləvi dinc etiraza çağırılıb.

Bəyanatda bir neçə mövzu xüsusi vurğulanıb:

- Urmu Gölünün faciəvi vəziyyəti, dövlətin bu vəziyyətə laqeyd qalması və Urmunun yerinə İranın mərkəzi çölünə milyardlar dollar xərcləyərək su daşınması...

- Azərbaycanda iqtisadi çətinlik, özəl sektora (bəxş-i xüsusi) dəstəyin olmaması və tərsinə olaraq Azərbaycanın milli sərvətini talayıb İranın mərkəzi bölgələrinə aparılması və nəhayət ki işsizlik və iqtisadi problemlərə görə azərbaycanlı gənclərin İranın mərkəzinə köçürülməsi...

- Vətəndaş hüququnun tanınmaması, insan və fərdi haqların riayət edilməməsi və azərbaycanlı mədəni fəalların həbs edilməsi...

- Azərbaycanın türk dilində təhsil kimi ən təbii və ibtidai haqlarının diqqətdən kənarda qalması və bunun yerinə xarici ölkələr o cümlədən Əfqanistan və Tacikistan kimi ölkələrdə fars dilinin yayılmasına büdcənin xərclənməsi...

- Sözdə islami hakimiyyətin keçən 10 illiklərdə Azərbaycan türk millətinə qarşı ayri-seçkilik və təhqiramiz siyasəti...

- Ermənistanla münasibətlərin genişləndirilməsi, Quzey Azərbaycanın daxili işlərinə müdaxilə, təxrib və tənqid siyasəti və arazın o biri tərəfindəki qardaşlarımızın din düşməni kimi qələmə verilməsi...

- Azərbaycanın demoqrafik tərkibini dəyişdirmək, terrorist kürdlərə xüsusi ilə terror qruplaşması Pjaka dəstək vermək və bununlada Azərbaycan türk millətinə zərbə vurmaq və millət üçün daha bir düşməm yaratmaq...

- Və ...

Təbrizli Azərbaycan Milli Hərəkat fəalları bu kimi amilləri göstərərək vurğulayıblar ki, müəyyən edilmiş vaxtda Kütləvi Etiraz Yürüşü həyata keçiriləcək. Onlar “Urmu Gölü duzlanır – Kəvir xəzərdən sulanır” şüarı ilə çıxış edəcəklər.

Bu arada Təbriz bazarının bir qrup iş adamı və Təbriz elmi-karbordi universitetinin bir çox öyrəncisi də səsləndirilən Çağırışlara qoşulub və Urmu Gölü ilə bağlı keçiriləcək Yürüşdə aktiv olacaqlarını vurğulayıblar.

Məlumata görə, Güney Azərbaycanın Marağa şəhərinin bir qrup Milli Hərəkat fəalı da bu barədə Bəyanat yayıblar. Bəyanatda Milli Qiyamın ildönümü və Urmu Gölündə gözlənilən faciə barədə geniş söz açılıb və İranın antiazərbaycan siyasəti pislənilib. Marağalı Milli Hərəkat fəalları keçiriləcək kütləvi yürüşə dəstək veriblər.

GÖRÜŞ:

Zaman: Mayın 21-i (xordadın 1-i), yerli vaxtla saat 18 radələri, Azərbaycanın digər şəhərləri ilə birlikdə...

Yer: Təbriz – Bazar, ostandariyə tərəf
Bu xəbər oxucular tərəfindən 1200 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed