Şrift:
Tehran bazarının Türk iş adamları Güney Azərbaycan milli hərəkatının yanında
12.05.2012 [13:08] - Güney Azərbaycan xəbərləri
Tehran bazarının iş adamları azərbaycanlı siyasi məhbuslar və Urmu Gölü ilə bağlı Bəyanat yayıblar.

Bəyanatda qısaca qeyd olunur:

“Biz Tehran bazarının bir qrup türk iş adamı Babək Qalası mərasimləri, 1385-ci il xordad qiyamı (2006-ci il may qiyamı), Urmu Gölü etirazları və “Traxtur” yarışları kimi yığıncaqlarda aktiv olduğumuz kimi, Azərbaycan türk millətinin yanında hər zaman olmağa and içmişik.

Azərbaycan Milli Hərəkatının siyasi məhbuslarının talehini bütün azərbaycan türk millətinin talehi hesab edir və onların dərhal azad edilməsini tələb edirik.

Urmu Gölünün qurudulması siyasəti təhqir sayılmaqla yanaşı Güney Azərbaycanlı türkləri Urmu Gölü ətrafından köçürməyə hesablanıb və Xəzər dənizindən Simnan bölgəsinə su daşımaq prujəsi də bu siyasətin tərkib hissəsidir. Necə olur ki, Urmu Gölünü qurumaqdan qurtarmaq üçün büdcə olmur ama fars bölgələrinə milyardlar dollar çatır...?!

Biz Tehran bazarının bir qrup türk iş adamı Güney Azərbaycana qarşı aparılan şovinizm siyasətini şiddətlə qınayır və xordadın 1-də (mayın 21-də) Urmu Gölü ilə bağlı keçiriləcək Etiraz Yürüşünə birmənalı olaraq dəstək verir və Tehran bazarında mümkün şəkildə öz etiraz səsimizi qaldıracayıq”.
Bu xəbər oxucular tərəfindən 1273 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed