Şrift:
Tehranda 13 nəfər israyilə casusluqda itiham edilərək mühakimə olunub
14.05.2012 [12:15] - Güney Azərbaycan xəbərləri
Mayın 13-də Tehranda keçirilən qapalı məhkəmədə İsrailin “Mossad” təşkilatına casusluqda günahlandırılan 13 nəfərə hökm oxunub.Hökmdə göstərilir ki, təqsirləndirilənlər peyklə yayılan xarici telekanalların təbliğat vasitəsilə “Mossad” təşkilatına cəlb edilib. Hökm alanların kimliyi hələlik açıqlanmayıb.

Tehran məhkəməsinin bildirdiyinə görə, İsrailə casusluqda günahlandırılan şəxslərin barələrində çıxarılan hökmdən apellyasiya şikayəti vermək üçün 20 gün vaxtı var.

Aprelin 17-də İran Kəşfiyyat Nazirliyi (ETTELAAT) bəyanat yayaraq İsrailin “Mossad” təşkilatı ilə əlaqədə olan 15 nəfərdən çox şəxsi tutduğunu bildirib. Bəyanatda deyilir: “İndiyə qədər kəşfiyyata bağlı 15 nəfərdən çox şəxs tutulub. Tutulanlar arasında həm İran vətəndaşları, həm də xarici vətəndaşlar var. Terrorçulardan bəziləri “Mossad”ın təşkil etdiyi ssenarinin ifşa olunduğunu gördükdən sonra onların öhdəliyinə qoyulan, həyata keçirmələri üçün onlara tapşırıqlar verilməsini etiraf ediblər.

Tutulan şəxslərə verilən tapşırıqlardan biri ölkənin mütəxəssis alimlərindən birini terror etmək olub. Onların bir qisminə isə ölkənin infrastruktur təsisatlarında bomba qoymaq tapşırığı verilmişdi. Həmin şəxslərdən partlamağa hazır partlayıcı maddələr götürülüb. Həmçinin aparılan geniş araşdırmalardan sonra həmin əməliyyatları həyata keçirmək üçün İsrailin qanunsuz olaraq bəzi Qərb ölkələrinin diplomatik nümayəndəliklərindən istifadə etməsi də bəlli ilduğu idia edilir ”.
Bu xəbər oxucular tərəfindən 1244 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed