24.07.2017 [11:01] - Xəbərlər, Siyasi partiyalar, Fərəc Quliyev
Milli Məclisin deputatı, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyevin təşəbbüsü ilə Suraxanı rayonunda seçicilərlə daha bir məhəlli görüş keçirilib.
Rayonun Qaraçuxur qəsəbəsi, Cəlal Qurbanov küçəsindəki 95 saylı binanın sakinləri ilə keçirilən görüşdə sakinlər problemləri ilə maraqlanılıb, etdikləri müraciətlər dinlənilib. Binada və ətraf ərazilərdə olan infrastruktur problemlərə yerli baxış keçirilib və çatışmazlıqlar qeydə alınıb.
Daha sonra, sakinlərlə Azərbaycanın işğal olunmuş torpaqlarında son vaxtlar Ermənistan ordusunun aktivləşərək törətdiyi təxribatlar və buna qarşılıq Azərbaycan Silahlı Qüvvələrinin verdiyi tutarlı cavablarla bağlı söhbət aparılıb. Bununla bağlı sakinlərə qeyri rəsmi məlumatlar və şaiələrə inanmamaq, səhih məlumatları ancaq rəsmi xəbərlərdən almaqla bağlı tövsiyyələr edilib. Həmçinin sakinlər milli birlik, dövlətçilik naminə birlik nümayiş etdirmək, eləcə də təxribatçı, bölücü və separatizmi yayan cərəyanlara uymamaq və onlara qarşı mübarizə aparmağa çağırılıblar.
Sakinlər də öz növbələrində deyilənlərlə razılaşdıqlarını və millət vəkilinin göstərdiyi qayğını qiymətləndirdiklərini bildiriblər.
Deputatın köməkçisi Həbib Ələkbərovun verdiyi məlumata görə, görüşdə qeydə alınmış problemlərin həlli ilə bağlı aidiyyatı orqanlara müraciət edilib.
Qeyd edək ki, Fərəc Quliyevin təşəbbüsü ilə 31 saylı Suraxanı ikinci seçki dairəsi üzrə hər həftə bir məhəllədə seçicilərlə məhəlli görüş keçirilir. Sakinlərlə söhbətlər aparılır və ərazilərdə sakinlərin narazılığına səbəb olan problemlər qeydə alınaraq, ümumiləşdirilib müvafiq qurumlara təqdim edilir və həllinə çalışılır.
MDHP Mətbuat Xidməti

Bu xəbər oxucular tərəfindən 1008 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |