Şrift:
İranda 5 azərbaycanlı edam olunub
16.10.2011 [11:45] - Xəbərlər, Güney Azərbaycan-Təbriz
Daha üç nəfər edam cəzasını gözləyir

İranın Urmiyyə şəhərinin həbsxanasında beş azərbaycanlı edam olunub və daha üç nəfəri edam cəzası gözləyir. Davam.az-ın İranda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Komitəsinə istinadən verdiyi xəbərə görə, məlumatda deyilir ki, edam bazar ertəsi həyata keçirilib. Edamı gözlənilən üç nəfər isə edam hökmünün icrası üçün həbsxananın təkadamlıq kameralarında saxlanılır.

Edam cəzasına məhkum olunmuş və cəzasını gözləyən Allahverdi Əhmədpurazərin qardaşı Qurban Əhmədpurazər qardaşının 2,5 il həbsdə saxlanıldığını və onu edam cəzasının gözlənildiyini təsdiqləyib.

«Edam olunan azərbaycanlılarla bağlı doğru-düzgün məhkəmə keçirilməyib və onlara edam cəzası kəsilib. İranda sünni azərbaycanlı azlıqlara qarşı məhkəmə hökmləri digər dini mənsublara nisbətdə daha ağırdır. Edam olunanlardan, işgəncəyə məruz qoyularaq ifadə alınır. Edam edilənlərin çoxuna narkotik ittihamları ilə hökm oxunur», - deyə Komitədən bildirilib.

Komitə rəsmisi Yaşar Hakkakpur narkotik ittihamlarını istisna etmədiyini və İranda hüququn qorunması səylərinə hörmətlə yanaşdıqlarını desə də, ədalətsizliklə edam cəzasına məhkum edilməsini pislədiklərini söyləyib.
Bu xəbər oxucular tərəfindən 3880 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed