Şrift:
Urmu Azərbaycan Harayı Cəmiyyəti Urmu gölü ətrafında iməcilik keçirib
12.08.2017 [10:25] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Urmu gölünün quruma təhlükəsi güney azərbaycanlıların ətraf-mühitə olan qayğılarını artırıb.

Məlumata görə, bir qrup soydaşımız Urmu gölü ətrafında iməcilik keçirərək ərazini zibil və məişət tullantılarından təmizləyiblər.

Urmu Azərbaycan Harayı Cəmiyyəti tərəfindən təşkil olunan iməciliyə çox sayda insan qatılıb.

Urmu gölü ətrafında vaxtaşırı keçirilən iməciliklər, təbiəti təmizləməkdən başqa Urmu gölü böhranını da gündəmə gətirdiyi üçün yerli əhali tərəfindən bir ənənəyə çevrilib.

Urmu Azərbaycan Harayı Cəmiyyəti Urmu gölü ətrafında iməcilik keçirib
Bu xəbər oxucular tərəfindən 490 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed