14.08.2017 [09:44] - Gündəm, İdman, Müsahibə
Türkiyənin “Qalatasaray” idman klubunun İdarə Heyətinin üzvü, “Taç Spor” klubunun İdarə Heyətinin rəhbəri Ural Aküzümün müsahibəsi
- “Qalatasaray” Azərbaycanda sevilən, çoxsaylı azarkeşi olan idman klublarından biridir. Bu baxımdan “Qalatasaray” klubunun qarşıdakı illərdə Azərbaycanda planlaşdırdığı hər hansı layihə varmı?
- Bildiyiniz kimi, mən əslən azərbaycanlıyam və buna görə də təbii ki, hər zaman Azərbaycanla bağlı mövzuları “Qalatasaray”ın İdarə Heyətində, eləcə də Türkiyə futbolu ilə əlaqədar müxtəlif toplantılarında dilə gətirirəm.
“Qalatasaray” idman klubu türk dünyasının önəmli klubu olaraq, Azərbaycan dövlətinin və Azərbaycanla qardaşlığın önəminin fərqindədir. Ümummilli lider Heydər Əliyevin də dediyi kimi, bizim can qardaşımız olan Azərbaycanla Türkiyə “bir millət, iki dövlət”dir. Azərbaycanda “Qalatasaray azarkeşləri dərnəyi”miz var. Bununla yanaşı, Bakının mərkəzində “Galatasaray Store” adlı mağazamız da fəaliyyət göstərir.
“Qəbələ” futbol klubunun prezidenti Tale Heydərovla görüşüm zamanı “Qəbələ” ilə yoldaşlıq oyununun keçirilməsi və birgə təlim-məşq toplanışının təşkili ilə bağlı fikirlərimi bildirmişəm.
Bilirik ki, Azərbaycanda, eyni zamanda Türkiyədə və qərb ölkələrində təhsil alan azərbaycanlı tələbələrdə “Qalatasaray”a sevgi və rəğbət var.
Bundan başqa, “Qalatasaray İş Adamları Dərnəyi”nin İdarə Heyətinin üzvləri arasında Azərbaycandan olan iş adamı da var. Təbii ki, bunlarla kifayətlənmək doğru olmaz və bu sahədə Azərbaycanla daha sıx əməkdaşlıq etməliyik və edəcəyik.
- “Qalatasaray”ın futbol məktəblərindən biri də Azərbaycanda fəaliyyət göstərir. Ümumiyyətlə, “Qalatasaray” idman klubunun Azərbaycandakı futbol məktəbini daha da genişləndirmək, həmçinin Azərbaycanın müxtəlif bölgələrində futbol məktəbi açmaq niyyəti varmı?
- “Qalatasaray” Çempionlar Liqasında ən çox iştirak edən 12 klubdan biridir. Bununla yanaşı, “Deloitte”in araşdırmalarına əsasən, “Qalatasaray” dünyanın ən böyük 20 futbol klubundan biridir.
“Qalatasaray” futbol klubu Türkiyədə futbol mədəniyyətini inkişaf etdirən və belə demək mümkünsə, türk-müsəlman dünyasının futboldakı göz bəbəyidir.
“Qalatasaray” futbol mədəniyyətinin dünyada yayılması məqsədilə idman məktəbləri layihəsinə start verdik. Bu baxımdan da təsis olunduğu gündən etibarən Bakıdakı “Qalatasaray” futbol məktəbinin fəaliyyətini yaxından izləyirik. Bakıda futbol məktəbimizdəki gənc, istedadlı futbolçuları Türkiyədə qiymətləndirmək istəyirik.
- Ural bəy, Azərbaycan futbolunu necə dəyərləndirirsiniz? Ümumiyyətlə, “Qalatasaray”a hər hansı azərbaycanlı futbolçunun transferi planlaşdırılırmı?
- Azərbaycan futbolunda Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində xeyli ciddi və önəmli işlər görülüb. Xüsusən də bu istiqamətdə atılan addımlara misal olaraq, Berti Foqts, Toni Adams kimi təcrübəli baş məşqçilərin Azərbaycan futbolunda çalışmalarını söyləmək olar. Bütün bunlarla yanaşı, Rasim Kara və Mustafa Dənizli kimi türk mütəxəssislərin də adını sadalamaq olar.
Azərbaycan idman mədəniyyətinin yüksək səviyyədə olduğu, idman sahəsinin inkişaf etdiyi bir ölkədir. “Qarabağ” və “Qəbələ” kimi futbol klubları avrokuboklarda yaxşı çıxış edirlər.
Lakin müasir dövrdə futbolun inkişafı, bu sahədə uğur əldə edilməsi üçün idman mədəniyyəti və heç şübhəsiz ki, bu sahəyə investisiya qoymaq lazımdır.
Bu gün “Qalatasaray”a Azərbaycandan hər hansı futbolçunun transfer edilməsi nəzərdən keçirilmir. Lakin şəxsən mən Qara Qarayevin (“Qarabağ”ın futbolçusu – red.) oyununu çox bəyənirəm. Gələcəkdə bir Azərbaycan futbolçusunu sarı-qırmızı formada görmək istərdim.
- Qarşıdakı illərdə “Qalatasaray”la Azərbaycanın hansısa futbol klubu arasında yoldaşlıq oyunu təşkil etməyi nəzərdə tutursunuzmu?
- Azərbaycanın Bakı və Qəbələ şəhərlərində mütləq yoldaşlıq görüşü təşkil edəcəyik. Bunun üçün Azərbaycan iş adamları və futbol klublarından təkliflər gözləyirik.
“Qalataray” klubunun rəhbəri, eyni zamanda, İdarə Heyətimiz Azərbaycanla yoldaşlıq oyununun keçirilməsinə çox müsbət baxırlar. Mən də bir Azərbaycan əsilli olaraq, bunu davamlı şəkildə təşviq edirəm.
Qeyd edək ki, “Qalatasaray” idman klubunun İdarə Heyətinin üzvü, Azərbaycan əsilli Ural Aküzüm ata tərəfdən Şuşa şəhərinin tanınmış şəxslərindən olan Hacı Əhməd Aküzümün, ana tərəfdən isə general Səməd bəy Mehmandarovun nəslindən olan hakim Tahir Mehmandarlının nəvəsidir.

Bu xəbər oxucular tərəfindən 866 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |