Şrift:
Fərəc Quliyev Fəzail Ağamalını təbrik edib
26.08.2017 [15:23] - Xəbərlər, Siyasi partiyalar, Fərəc Quliyev
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev deputat həmkarı Ana Vətən Partiyasının sədri Fəzail Ağamalını 70 illik yubleyi və “Şöhrət” ordeni ilə təltif olunması münasibətiylə təbrik edib. Təbrikdə bildirilir:

“Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı Azadlıq Hərəkatının fəal simalarından biri kimi cəmiyyətdə tanınıb və müstəqillik əldə edilən zaman dövlət quruculuğu prosesində yaxından iştirak etmiş bir dövlət xadimi olub. Sonrakı ictimai-siyasi fəaliyyətini də Azərbaycanın inkişafına həsr edən Fəzail Ağamalı təmsil olunduğu bütün məqamlarda millətin və dovlətin maraqlarının qorunmasını ən öndə tutan bir insandır. Millət vəkili kimi yorulmadan çalışmaqla yanaşı o, ciddi elmi fəaliyyətlə də məşğuldur. Tarix elmləri doktoru, professor Fəzail Ağamalı bütün elmi yaradıcılğını cəmiyyətin yararlana bilməsinə yönəldən bir ziyalıdır.

Bu maraqlı həyat yolunu keçən Fəzail müəllimin bu gün 70 illik yubleyidir. Bu münasibətlə də xidmətləri qarşılığında ölkə başçısı tərəfindən “Şöhrət” ordeni ilə təltif edilib.

Şəxsim və sədrlik etdiyim Milli Dirçəliş Hərəkatı Partiyası üzvləri adından Fəzail müəllimi həm yubleyi, həm də bu şərəfli mükafata layiq görülməsi münasibətiylə təbrik edirik. Fəzail müəllimə can sağlığı və bundan sonrakı bütün fəaliyyətində də uğurlar arzulayırıq. Daim dövlətimizin, millətimizin və ailəsinin xoş xəbərlərini eşitmək nəsibi olsun!”
Bu xəbər oxucular tərəfindən 917 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed