Şrift:
Azərbaycan İsraildən daha 60 pilotsuz təyyarə alır
16.10.2011 [10:14] - Xəbərlər, Hərb
Azərbaycan bu ilin sonuna qədər İsraildən daha 60 pilotsuz kəşfiyyat təyyarəsi alacaq. SİA-nın “İzRus” agentliyinə istinadən verdiyi xəbərə əsasən “Orbiter 2M” və “Aerostar” tipli təyyarələrin hissələrinin 30 faizi Bakıda “Azad Systems Co” şirkətinin zavodunda istehsal olunacaq.

Qeyd edək ki, “Orbiter 2M” və “Aerostar” təyyarələri silah sistemləri ilə təchiz olunmayıb, onlar kəşfiyyat məqsədli çəkilişlər aparmaq üçündür. Bu təyyarələrin köməyi ilə düşmən hədəflərinin koordinatlarını müəyyən edib onlara dəqiq zərbələr endirmək mümkündür.
Bu xəbər oxucular tərəfindən 1245 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed