Şrift:
Kəleybərdə Bələdiyyə İdarəsi tərəfindən meşə yanğını törədilib
05.09.2017 [11:06] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın Kəleybər şəhərində meşə zolağında ağaclar yandırılıb.

Bu barədə yerli etibarlı bir mənbə GünAz TV-yə bildirib ki, “sentyabrın 4-də Kəleybərdə baş verən yanğın, Bələdiyyə İdarəsinin son bir ay müddətində törətdiyi 5-ci meşə yanğınıdır.”

Məlumata görə, Bələdiyyə İdarəsi zibilləri yox etmək bəhanəsi ilə onları yandırıb. Bundan sonra külək alovu ətraf ərazilərə yayıb və bu şəkildə meşə zolağında güclü yanğın baş verib.

Kəleybərdə Bələdiyyə İdarəsi tərəfindən meşə yanğını törədilib

Son yanğınların milli ərazidə baş verməsinə baxmayaraq Ətraf Mühit Təşkilatı buna qarşı heç bir əməli tədbir görməyib.

Arazbarlı (Ərəsbaran) meşələrinin sahəsi 164 min hektardır, onun 148 min hektarı mühafizəyə alınmış meşə zolağı elan olunub. Şərqi Azərbaycan Əyalətinin şimal bölgəsi və Araz çayı ətrafındakı meşələr mühafizə altına alınmış məntəqə sayılır, bu məntəqə YUNESKO tərəfindən biosfer qoruğu kimi tanınır.
Bu xəbər oxucular tərəfindən 557 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed