Şrift:
Azərbaycan neftinin SON QİYMƏTİ - Ucuzlaşıb
13.09.2017 [09:26] - Gündəm, İqtisadiyyat
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 11-də 55,86 dollar/barel təşkil edib ki, bu da ötən cümə gününə olan göstəricidən 0,76 dollar/barel azdır. Bu barədə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 11-də 55,17 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,79 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti sentyabrın11-də 51,08 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,74 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə sentyabrın 11-də 53,97 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,46 dollar/barel azdır.
Bu xəbər oxucular tərəfindən 420 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed