Şrift:
Tehran rejimi Azərbaycana qarşı hədə tonunu daha da artırıb
25.05.2012 [10:56] - Güney Azərbaycan xəbərləri
Tehran Azərbaycana qarşı hədə tonunu daha da artırıb


İranda Azərbaycana qarşı cihad çağırışı olub. Ayətullah Sübhani bütün KİV-ləri (kütləvi informasiya vasitələri) Bakıya qarşı cihada çağırıb.

İran Azərbaycanın hakim Yeni Azərbaycan Partiyasını (YAP) öz ölkəsinə qarşı son günlər keçirilən anti-İran aksiyalarının təşkilində ittiham edib. Bu barədə qonşu ölkənin XİN-in (xarici işlər nazirliyi) yüksək rütbəli diplomatı İranın “Səhər” TV telekanalına bildirib. XİN-dəki mənbə “Səhər” TV-yə bildirib ki, İsrail tərəfindən dəstəklənən bu aksiyalar zamanı “dünya müsəlmanlarının Vəliyi- Fəqihinin müqəddəsliyinə hörmətsizlik edilib”.

Daha sonra hədə-qorxu tonuna keçən mənbə Səhər TV–yə bildirib ki, “Bakı anti-islami və anti-İran siyasətləri üçün ağır vəsait ödəyəcək”.

Mayın 22-də həmçinin Qum şəhərində yaşayan, şiələrin “mərceyi təqlidi” hesab olunan ayətullah Sübhani “Avroviziya” ilə bağlı mövqeyini açıqlayaraq, İran KİV-lərini Azərbaycana qarşı cihada səsləyib.

Əhalisinin 70 faizdən çoxunu şiələr təşkil edən bir ölkədə bu müsabiqənin proqramı çərçivəsində homoseksualların paradının (rejə) keçirməsinin də planlaşdırıldığı barədə sərsəm açıqlama verən ayətullah “ona görə də bütün medialar bu mövzuya qarşı çıxmalıdırlar” deyə vurğulayıb.

Bu məsələ ilə bağlı “Mərkəz”ə münasibət bildirən YAP Siyasi Şurasının üzvü Aydın Mirzəzadə İran diplomatlarının və din xadimlərinin bu tip açıqlamları onda təəssüf hissləri doğurur: “Təəsüf edirəm ki, İran siyasətində bu cür çağırışlar edən simalar var və qonşu Azərbaycanın hakim partiyasına qarşı düşmənçilik siyasətini əsas götürürlər. Çox təəssüf ki, İran din xadimləri içərisində Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı faktına göz yuman və bu işğalçı dövlətlə dostluğu təbliğ edənlər var. Onlar İslamın ən vacib amillərindən olan insanlar arasında dostluq və sülhü təbliğ etmək əvəzinə, din adından çıxış edərək dindar insanlar arasında Azərbaycanla düşmənliyi təbliğ edirlər”.

O vurğulayıb ki, İranda din xadimlərinin bu cür siyasi açıqlamalar və bəyanatlarla çıxış etməsi iki ölkə arasındakı münasibətləri daha da gərginləşdirə, diplomatik münasibətlərə də xələl gətirə bilər.
Bu xəbər oxucular tərəfindən 1661 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed