Şrift:
Bizə belə bayraq sevginiz lazım deyil
25.05.2012 [12:15] - DAVAMın yazıları
Elnur Eltürk

Bu şəkil qardaş Türkiyənin Qaziantep şəhərində Türkiyənin İstiqlal Marşı oxunarkən polislə birlikdə smit satan kişinin birgə görüntüsüdür. çox maraqlı şəkildir və insana təsir etməyə bilməz. Şəkil Türkiyədə ən çox bəyənilən şəkillər sırasındadır. Sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub.
Türkiyə 90 ildir ki, müstəqilliyini və dövlətçiliyini belə insanlarla qoruyur və yaşadır. Bu gün beynəlxalq güclər Türkiyəni bölməyə və parçalamağa çalışsalar da, bunu gerçəkləşdirə bilmirlər. Bunun bircə cavabı var - türk insanı torpağına dəlicəsinə bağlıdır və onun uğrunda canından belə keçir.
çünki insan harada işləməsindən və yaşamasından asılı olmayaq vətəninə, bayrağına və müqəddəs amallarına sadiq olmalı və onu sevməlidir. Bunlar olmasa, vətəni yaşatmaq qeyri-mümkündür. Yoxsa insan kosmopolit və hər yer mənimçün bir vətəndir amalı ilə yaşasa, onda nə vətən qalacaq, nə də qeyd etdiyimiz müqəddəs amallar. Qardaş Türkiyəmizin gerçək özəlliyi və gözəlliyi ondadır.
Son günlər isə Azərbaycanda apardığımız müşahidələr bir şeyi göstərir ki, cəmiyyətimizdə hələ də elə insanlar var ki, fərqinə varmadan atributlarımızı təhqir edirlər. ölkəmizdə Avroviziya yarışmasının keçirilməsini təqdir edir və yarışmanın Azərbaycan üçün siyasi əhəmiyyətindən tutmuş, beynəlxalq əhəmiyyətinə qədər önəmini yaxşı bilirik. Onu da bilirik ki, ölkəmizin tanınmasında bu yarışmanın çox böyük əhəmiyyəti olacaq. Amma... məni bir şey narahat edir.
Bu gün gördüyüm bir mənzərə məni narahat etməyə bilməz. Bayrağımızın təhqir olunması və onun üzərinə Avroviziya adının yazılması millətə, onun amalları uğrunda döyüşüb şəhid olan insanlarımızın ruhuna təhqirdir.
Əfəndilər, əlinizdə o bayrağı rahat tutmağınıza görə vətən torpağı altında yatan oğul və qızlarımıza borclusunuz. İndi rahat şəkildə bayrağımızı təhqir edirsiniz və üstəlik, cibinizə qoyursunuz. Sizin bizə belə bayrağ sevginiz lazım deyil. Heç istəmirik də.
Yəni bu gün sizlərə xüsusi dərsmi keçməliyik, yoxsa televiziyalarda bayrağa necə yanaşmaq mühazilərimi oxumalıyıq?
Sonda Türkiyədə ən çox səslənən böyük türk şairi Tofiq Fikrətin misralarını demək yerinə düşərdi:

"Bayrakları bayrak yapan üstündəki kandır,
Toprak əgər uğrunda ölən varsa, vatandır".
Bu xəbər oxucular tərəfindən 4006 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed