Şrift:
Azərbaycanın qədim yurd yerləri: Zəngəzur
14.10.2017 [12:41] - Qərbi Azərbaycan-İrəvan
Zəngəzur mahalı Azərbaycan türklərinin əzəli yurd yeridir, lakin 96 il əvvəl xalqımızın iradəsi əleyhinə olaraq mahalın 6 min 742 kvadratverstlik ərazisini çox hissəsinin zorla qoparılıb Ermənistana birləşdirilib.

Bunu oktyabrın 13-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəyasət heyətində İctimai Elmlər Bölməsinin büro iclasında Tarix İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru İlqar Niftəliyev “Azərbaycanın qədim torpağı Zəngəzurun qərbi Ermənistana verilməsi tarixindən” mövzusunda məruzəsində deyib.

AMEA-dan bildiriblər ki, tarixçi alim məruzəsində Zəngəzurun faciəsinin XVIII əsrin sonu XIX əsrin əvvəllərindən, 1813-cü ildə “Gülüstan” və 1828–ci ildə “Türkmənçay” müqavilələrinin imzalanmasından sonra İran ermənilərinin həmin torpaqlarda yerləşdirilməsi ilə başlandığını söyləyib. Qeyd edilib ki, tarixi Azərbaycan torpağı olan Zəngəzurla birlikdə, İrəvan, Göyçə, Vedibasar və digər yurd yerlərimiz də məkrli erməni hiyləsi ilə yadlaşdırılıb.

Akademik Gövhər Baxşəliyeva, AMEA-nın müxbir üzvü Musa Qasımlı və digər çıxış edənlər ermənilərin bir əsrdən çox müddətdə müxtəlif bölgələrdə törətdikləri soyqırımların, Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında yaratdıqları uydurmaların əsl mahiyyətindən danışıblar.
Bu xəbər oxucular tərəfindən 1151 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed