Şrift:
İran rejimi erməni quldurlarına 25 milyon avro yardim ayırıb
01.06.2012 [17:14] - Güney Azərbaycan xəbərləri
İran 400 kilovat gərginlikli “İran-Ermənistan” üçüncü elektrik xəttinin tikintisi üçün 25 milyon avro əlavə kredit ayırıb.Ermənistanın “Yüksək gərginlikli elektrik xətləri” Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru Saak Abramyan belə açıqlama verib.Abramyan kredit müqaviləsinin bağlandığını və vəsaitin iyun ayında daxil olacağını vurğulayıb. Müqaviləyə əsasən, xəttin tikintisi vəsait daxil olduqdan sonra 18 ay ərzində başa çatdırılmalıdır.İran İxracat İnkişaf Bankı ümumi dəyəri 108 milyon avro təşkil edən layihə üçün nəzərdə tutulan vəsaitin çox hissəsini - 83 milyon avronu 2011-ci ilin sentyabr ayında ödəmişdi.Abramyan maliyyənin qalan hissəsini İranın hansı bankı ödəyəcəyini açıqlamayıb.
Bu xəbər oxucular tərəfindən 1450 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed