Şrift:
Təbriz İnqilab Məhkəməsinin birinci şöbəsi tanınmış 5 azərbaycanlı fəal barəsində həbs qərarı çıxarıb
01.06.2012 [19:04] - Güney Azərbaycan xəbərləri
İranda(Güney Azərbaycanda) Sistemin əleyhinə təbliğat aparmaqda təqsirləndirilən Milli Hərəkat fəalları İbrahim Rəşidi 1 il, Ruzbeh Səaəti, Məhəməd Əhədi, Mehrdad Kərəmi və Əfşin Şəhbazi isə 6 ay həbs və 6 ay şərti həbs cəzasına məhkum edilib.Qeyd edək ki, Mehrdad Kərəmi 2011-ci il dekabrın 24-ü (1390-cı il deyin 3-ü), İbrahim Rəşidi (Savalan) və Əfşin Şəhbazi 2012-ci il yanvarın 23-ü (1390-cı il bəhmənin 3-ü), Ruzbeh Səadəti və Məhəmməd Əhədi isə 2012-ci il yanvarın 24-ü (1390-cı il bəhmənin 4-ü) təhlükəsizlik qüvvələri tərəfindən Təbriz, Miyana və Ərdəbil şəhərlərində yaxalanıb və ETTELAATın (İran Kəşfiyyat Nazirliyi) təknəfərlik kamerasında (sellul) ruhi-cismi işgəncə olduqdan sonra Təbrizin mərkəzi zindanına intiqal edilmişdilər.Onlar, 2012-ci il mayın 23-də (1391-ci il xordadın 3-də) vəkilsiz bir vəziyyətdə mühakimə olunublar.
Bu xəbər oxucular tərəfindən 1140 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed