Şrift:
“Sepah”ın 7 muzdlusunun cənazəsi ölkəyə gətirilib
27.10.2017 [10:13] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran İnqilab Keşikçiləri Korpusunun “Sepah” Əfqanıstan və Pakistan vətəndaşlarından olan daha 7 muzdlusunun cənazəsi ölkəyə gətirilib.

Bəşər Əsəd rejiminə dəstək məqsədilə Suriyaya göndərilmiş “Sepah”ın “Fatimiyyun” və “Zeynəbiyyun” briqadalarının muzdlu döyüşçüləri, İsmayıl Heydəri, Məhəmməd Arifi, Məhəmməd Bəlxi, Yasin Nəzəri, Məhəmməd Heydəri, Novruz İmami və Abbas Mir, bir neçə gün əvvəl bu ölkədə baş verən qarşıdurmalarda həlak olub. Onların Suriyanın dəqiq hansı bölgəsində öldürüldüyü mediaya açıqlanmayıb.

Cənazələri ölkəyə gətirilmiş “Sepah”çılar, oktyabrın 25-də İranın Qum şəhərində torpağa tapşırılıb.

İran İslam Respublikası Bəşər Əsəd rejiminin əsas sponsoru və onun mühüm himayədarlarından biri sayılır. Son illər, Suriya hökumətinə yardım məqsədilə bu ölkəyə göndərilmiş minlərlə “Sepah”çı, Əsədə müxalif qüvvələrin əli ilə öldürülüb. Həlak olanların əksəriyyətini isə İranda qaçqın həyatı yaşayan “Sepah”ın Əfqanıstan və Pakistan vətəndaşlarından ibarət “Fatimiyyun” və “Zeynəbiyyun” briqadalarının muzdluları təşkil edir.
Bu xəbər oxucular tərəfindən 545 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed