Şrift:
Bu, xaricdən alovlandırılmış bir müharibədir.
04.06.2012 [12:09] - Gündəm
Suriya prezidenti Bəşər Əsəd ölkə parlamentində çıxış edib. Bu, Əsədin ötən ay keçirilən parlament seçkilərindən sonra parlamentdə ilk çıxışıdır.

«Ölkəmiz yenidən dirçələcək və insanlarımız sülh, sabitlik və suverenliyin dadını çıxaracaq» deyən Bəşər Əsəd bildirib ki, Suriyada siyasi islahatların aparılması istiqamətində aydın addımlar atılıb və ölkədə davam edən zorakılığa baxmayaraq, parlament seçkiləri vaxtında keçirilib.

"Seçki qatillərə, onların himayədarlarına və onları maliyyələşdirənlərə, Suriyanı öz vətəndaşlarının qanı içində boğulduğunu görmək istəyənlərə açıq-aşkar ismarıcdır. Terrorizm bizim hamımızı sarsıdıb. Bu, xaricdən alovlandırılmış bir müharibədir və müharibənin öhdəsindən gəlmək Suriya vətəndaşlarının şikayətlərinin öhdəsindən gəlməkdən fərqlidir" -, deyə Əsəd vurğulayıb.

Suriya prezidenti ölkədə qarışıqlığın «qanlı həddə» çatdığını və aktivlərin tükəndiyini etiraf edib. Buna görə də o, xarici qüvvələrin məsuliyyət daşıdığını bildirib. Qeyd edək ki, Bəşər Əsədin parlamentdə çıxışı BMT və Ərəb Ölkələri Liqasının Suriya üzrə xüsusi səfiri Kofi Annanın Suriyanın bütünlüklə müharibəyə təslim olduğunu bildirməsindən sonraya təsadüf edir
Bu xəbər oxucular tərəfindən 1044 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed