Şrift:
Molla Əli Kərimli
06.06.2012 [01:46] - DAVAMın yazıları
Və ya Əli Kərimli necə imam Əli oldu

Bu günlərdə "Azadlıq" qəzeti Azərbaycan qəzetindən daha çox İran qəzetinə oxşayır...

"Azadlıq" qəzetinin bu günkü (dünənki – red.) sayının İran İslam Respublikasının "Kayhan news"-undan elə də fərqi yoxdur. Qəzet bu gün rəsmən İran xəbərlərini yayınlayıb. İranın Azərbaycanın havasına fişəng atmasını xatırladan hədə-qorxular, İran molla rejiminin əl işi olan karikatura, Sülhəddin Əkbərin, Vəfa Quluzadənin verdiyi anlaşılmaz proqnozlar qəzeti vərəqlədikcə adamın ürəyini bulandırır.

Məqsəd nədir?

Təbii ki, aydındır. Həddən ziyadə bəsit və antiazərbaycançı bir addım.

Təxminən isveçli müğənni, Eurovision yarışmasının qalibi Lorinin "siyasətcil"liyi, İctimai Palataya dəstək verməsi kimi absurd bir şey.

İranın irtica rejiminə yarınaraq dindar kəsimdən tərəfdar toplamaq...

Maddi, mənəvi, psixoloji "qazanc"...

Bunun nə qədər ağlasığmaz olması təbii, göz qabağındadır. Sınanmış, dişədəymiş müxalifət hazırda xalqa, dövlətçilik prinsiplərinə qarşı vuruşmaqdadır. Dövlətçilik dəyərləri ilə bu qədər oynamaq hansı cinahda olursa olsun, özünə siyasətçi deyən insanlara yaraşmır.

Bu adamlar Azərbaycan hakimiyyətinə müxalifətdədir, yoxsa Azərbaycan dövlətinə?..

Özünə, xalqına hörmət edən vətəndaş maliyyədarı olduğu qəzetdə beynəlxalq təşkilatların Azərbaycanın əleyhinə olan materiallarını bu qədər şövqlə yayınlamaz.

Publika.Az xəbər portalında bir müddət əvvəl Avropa ölkələrinin səfirləri tərəfindən İctimai Palatanın qarşısına gey-paradın təşkil olunmasının öhdəçilik kimi qoyulması ilə bağlı informasiya verilmişdi. İnformasiyanın KİV-də yayılmasına qarşı olan tərəf "özəl" əxlaq normalarına uyğun olaraq, sosial şəbəkələrdə təhqir və söyüşlərlə yerə-göyə nifrin səpələdi.
Bu qədər qara-qışqırıq nəyin göstəricisi idi?

Belə məlum olur ki, fakt qarşısında aciz qalanda "çıxış yolu" qadına təhqir yağdırmaqdan ibarətdir. Buyurun, bəyliyi yalnız adlarında qalanlar, təhqirlərinizlə simanızı bir daha açın: gündəmi izləyən oxucu onsuz da çox yaxşı bilir ki, sizlərdən kiməsə böhtan atılsaydı, indi səsiniz-sədanız məhkəmə salonlarından gələrdi. Gey-parad məsələsinin həqiqiliyi isə Evrovisionu öz əməlləriniz üçün istifadə etmək istəyinizdə təsdiqləndi.

Nəticə nə oldu? Planlar baş tutmadı. Lorin də dada çatmadı...

"Azadlıq" qəzetinin molla əmmaməsi kimi qapqara vərəqlərində hansı səbəbdən İran rejiminin maraqlarını əks elətdirən xəbərləri yayınlaması haqda molla, axund, ayətullah, müfti Əli Kərimliyə konkret suallar ünvanlayıram:

1.Azərbaycan və İsrail münasibətləri haqqında molla rejiminin çəkdiyi karikaturanın yayınlanmasında məqsəd nədir?

2.Orta məktəblərdə baş örtüyünə icazə verilməsi ilə bağlı davalar, qalmaqallar niyə ancaq İrandan əmr gələndə gündəmə gəlir, "aktuallıq" kəsb edir?

3.Yəni Əli Kərimli bu qədərmi dindardır?

4.Azərbaycanın əleyhinə olan xəbərlər bu qəzetdə niyə bu qədər sevincək yayımlanır?

5.Azərbaycan və İran münasibətlərinə dair suallar "Azadlıq" qəzetində niyə yalnız hər şeydən danışıb əslində isə hər şey haqqında susan politoloqumuz Vəfa Quluzadəyə və Rəsul
Quliyevin mobil əlaqələr üzrə vitse-spikeri Sülhəddin Əkbərə ünvanlanır?

Son sualımsa belədir:
Əli Kərimli əmmamə sifarişini Quma verib, yoxsa Xorasana?

Günay Muradlı
"Gündəlik Teleqraf"
Bu xəbər oxucular tərəfindən 3039 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed