Şrift:
Belarusun balet ulduzları Bakıda səhnəyə çıxacaqlar
15.11.2017 [10:47] - Afişa
Noyabrın 25-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında L.Minkusun “Don Kixot” baleti nümayiş olunacaq.

Teatrın mətbuat xidmətindən bildirilib ki, baletsevərlər tərəfindən maraqla qarşılanacaq səhnə əsərində əsas rolları ifa etmək üçün belaruslu balet ustaları - Aleksandra Çijik (Kitri) və Konstantin Qeronik (Bazil) dəvət olunublar.

Səhnə əsərində, həmçinin balet truppamızın solistləri - Əməkdar artistlər Makar Ferştandt, Samir Səmədov, habelə solistlər Elmira Süleymanova, Cəmilə Kərimova, Ayan Eyvazova və digərləri çıxış edəcəklər.

Balet Əməkdar Artist, dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev tərəfindən idarə olunacaq.
Bu xəbər oxucular tərəfindən 910 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed