Şrift:
Xalq Artisti Mikayıl Mirzə Milli Dram Teatrında xatırlanacaq
21.11.2017 [10:45] - Afişa
Noyabrın 29-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında bədii qiraət ustası, tanınmış aktyor, Xalq Artisti Mikayıl Mirzənin 70 illiyinə həsr edilmiş tədbir keçiriləcək.

Teatrdan bildirilib ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil olunacaq gecədə çıxışçılar sənətkarın ömür yolundan danışacaq, onunla bağlı xatirələrini bölüşəcək.

Tanınmış elm, mədəniyyət və incəsənət xadimlərinin iştirak edəcəyi gecədə M.Mirzənin vaxtilə səsləndirdiyi qiraətlərin yer aldığı videoçarx nümayiş olunacaq, müxtəlif bədii kompozisiyalar təqdim ediləcək.

Qeyd edək ki, Mikayıl Mirzə oynadığı rolları təbii, inandırıcı şəkildə tamaşaçılara çatdıran sənətkar emosionallığı ilə özünəməxsus ifa üslubuna malik aktyor kimi tanınıb. O, “Azərbaycanfilm” kinostudiyasında lentə alınan bədii filmlərdə, onlarla dram əsərində yaddaqalan obrazların müəllifi kimi xatırlanır.
Bu xəbər oxucular tərəfindən 84 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed