21.11.2017 [10:56] - Afişa
Dekabrın 1-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında görkəmli bəstəkar, Xalq Artisti, Dövlət mükafatı laureatı, “Şöhrət” ordenli Emin Sabitoğlunun 80 illiyinə həsr olunan yubiley gecəsi keçiriləcək.
Mədəniyyət və Turizm Nazirliyindən bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən təşkil olunacaq gecədə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik və Xalq Çalğı Alətləri orkestrlərinin ifasında bəstəkarın əsərləri səsləndiriləcək.
Qeyd edək ki, musiqinin müxtəlif janrlarında bir çox dəyərli əsərlərin müəllifi olan Emin Sabitoğlu bir simfoniya, üç simfonik poema, üç kantata, simli kvartet, skripka və fortepiano üçün poema yazıb. O, 600-dən çox mahnı, 9 musiqili komediya, 40-dək filmə musiqi bəstələyib. “Şükriyyə”, “Ağ çiçək”, “Kəpənək”, “Dərələr”, “Bakı, sabahın xeyir”, “Uzaq yaşıl ada”, “Dağlar”, “İnsaf da yaxşı şeydir” mahnıları musiqisevərlərin dillər əzbəridir.
Emin Sabitoğlu “Azərbaycanfilm” kinostudiyasında istehsal olunmuş bir çox məşhur filmlərin musiqisini yazıb. “Bizim Cəbiş müəllim”, “Gün keçdi”, “Ad günü”, “Dədə Qorqud”, “İstintaq”, “Dantenin yubileyi”, “Təhminə”, “Həm ziyarət, həm ticarət” kimi filmlərin musiqisi Azərbaycanın qızıl fonduna daxil edilmiş sənət incilərindəndir.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının tamaşalarına yazdığı musiqilər isə Emin Sabitoğlunun yaradıcılığında xüsusi yer tutur. Bəstəkarın operettaları isə milli kolorit, lirik və oynaq musiqi dili ilə səciyyələnir.

Bu xəbər oxucular tərəfindən 944 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |