Şrift:
İran prezidenti Rusiyaya səfər edəcək
21.11.2017 [10:56] - İslam dini
İran prezidenti Həsən Ruhani Rusiyaya səfər edəcək.

İran prezident aparatının mətbuat xidmətinin rəis müavini Pərviz İsmaili bildirib ki, Ruhani noyabrın 22-də rusiyalı həmkarı Vladimir Putinin rəsmi dəvəti ilə Moskvaya səfər edəcək.

Onun sözlərinə görə, birgünlük səfərin məqsəd İran, Rusiya və Türkiyə prezidentlərinin Suriya məsələsi ilə bağlı Soçi şəhərində keçiriləcək danışıqlarda iştirak etməkdir.

P. İsmaili qeyd edib ki, prezident Həsən Ruhani həmçinin Türkiyə və Rusiya prezidentləri ilə ikitərəfli görüşlər keçirəcək.
Bu xəbər oxucular tərəfindən 822 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed