Şrift:
Gürcüstanda təhsil alan azərbaycanlı gənclər böyük Azərbaycan yazıçı və dramaturqları barədə ətraflı məlumat alıblar
27.11.2017 [10:30] - Borçalı
Gürcüstanın soydaşlarımızın yığcam yaşadıqları Marneuli rayonunda təhsil alan azərbaycanlı gənclər Tbilisidə fəaliyyət göstərən Nəriman Nərimanovun Ev Muzeyində və M.F.Axundzadə adına Azərbaycan Mədəniyyət Muzeyində olublar.

Gənclər muzeyin nəzdindəki sərgidə müasir incəsənət nümunələri ilə yaxından tanış olublar.

Hər iki muzeydə gənclərə N.Nərimanov və M.F.Axundzadənin yaradıcılıqları, siyasi, ictimai fəaliyyətləri, xalqımızın mədəniyyətinin, incəsənətinin, ədəbiyyatının və dilimizin, əlifbamızın inkişafındakı xidmətləri barədə ətraflı məlumat verilib.

Xətayi Əzizov
Bu xəbər oxucular tərəfindən 34 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed