Şrift:
Azərbaycanlı mədəni fəal Rəsul Bədəliyə qarşı ayri-seçkilik...
12.06.2012 [13:29] - Güney Azərbaycan xəbərləri
Azərbaycanlı milli-mədəni fəal Rəsul Bədəlinin, həbsin sonu məzuniyyəti (mürəxəsi) hüququ təmin edilməyib.Həbsin sonu məzuniyyəti qətl, qisas vəya casusluqla bağlı məhkum edilən məhbuslardan başqa, bütün məhbuslara şamil edilməlidir. Belə ki, hər ay üçün 3 gün məzuniyyət nəzərdə tutulur və həbs müddəti sona yaxınlaşanda, məzuniyyətə gedilmədiyi halda, keçmiş aylar üçün 3 gün hesablanır və sonra ümumi həbs müddətindən çıxılır.Məlumata görə, Təbriz zindanında təxminən 22 aydır həbsdə saxlanılan azərbaycanlı fəal Rəsul Bədəli, Həbsin sonu məzuniyyəti hüququndan istifadə etmək istəyib və bununla bağlı müraciət də edib. Lakin dünən onun tələbinin təmin edilmədiyi bəlli olub və ona deyilib ki, avqustun 8-nə (mordadın 18-nə) qədər həbsdə qalmalıdır.
Bu xəbər oxucular tərəfindən 1117 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed