Şrift:
Azərbaycan rəqsinin ifasına mane oldular – Tehranda
29.12.2017 [10:46] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Tehranın Laləzar xiyabanında azərbaycanlılar tərəfindən təşkil olunan xüdmani rəqs səhnəsinə müdaxilə edilib.

Sosial şəbəkələrdə yayılan Videoda göründüyü kimi, azərbaycanlı gənclərin rəqsini tamaşa etmək üçün bir çox insan toplaşıb. Lakin rəqs ifa olunduğu zaman ətrafdakı insanlardan biri səhnəyə müdaxilə edib və gənclər rəqsi dayandırmalı olub.

Laləzarda toplaşanların əksəriyyəti Azərbaycan türkləri olub. Onlar naməlum şəxsin rəqsə kobud müdaxiləsinə etiraz ediblər.

Baş verən hadisə ilə bağlı bir çox sosial şəbəkə istifadəçisi bildirib ki, “Tehranın Laləzar xiyabanında Azərbaycan rəqsinin bir bəsici (yarım-silahlı könüllü dəstə üzvü) tərəfindən dayandırılması etiraza səbəb oldu.”
Bu xəbər oxucular tərəfindən 471 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed