Şrift:
Ötən il Gürcüstana 7 milyondan çox xarici ölkə vətəndaşı səfər edib
06.01.2018 [10:33] - Gündəm, Borçalı
Ötən il Gürcüstana 7 milyon 554 min 936 nəfər xarici ölkə vətəndaşı səfər edib. Bu da 2016-cı illə müqayisədə 18,8 faiz və ya 1 194 433 nəfər çoxdur.

Gürcüstana səfər edən xarici ölkə vətəndaşlarından 1,694,998 nəfərini azərbaycanlılar təşkil edib. Azərbaycan vətəndaşları bu göstərici ilə Gürcüstana səfər edən xaricilər arasında ikinci yerdədir.

Bu barədə Gürcüstan Milli Turizm Administrasiyasının rəhbəri Georgi Çoqovadze məlumat verib.

Hesabat dövründə Gürcüstana Ermənistandan 1,718,016, Rusiyadan 1,392,610, Türkiyədən 1,246,745, İrandan isə 322,938 nəfər səfər edib.

G.Çoqovadzenin sözlərinə görə, bu il Gürcüstana gələcək xaricilərin sayının 8 milyon nəfərdən, turizmdən gələn gəlirlərin isə 3 milyard dollardan çox olacağı proqnozlaşdırılır.
Bu xəbər oxucular tərəfindən 763 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed