19.01.2018 [10:58] - Borçalı
Gürcüstanın Qardabani rayonunun Ağtəhlə kəndində anadan olmuş 20 Yanvar şəhidi İsmayılov Rəşid İslam oğlunun anım mərasimi keçirilib.
Məktəbin direktoru Mtvarisa Babacanaşvili tədbiri açdıqdan sonra şəhidlərin ruhuna dualar oxunub, onların əziz xatirəsi ehtiramla yad olunub.
Direktor çıxışında deyib ki, Azərbaycan və gürcü xalqları oxşar taleləri yaşayıblar. Hər iki dövlət müstəqilliyini əldə etmək üçün qurbanlar verib. Qan bahasına əldə olunan qələbə və bu mübarizədə şəhid olanlar heç zaman unudulmur.
Sonra Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Rəhim Rəhimzadə çıxış edərək Qanlı Yanvar faciəsinin əsas səbəblərindən danışıb, bu hadisələri Azərbaycan xalqının azadlıq uğrunda mübarizə əzmini qırmağa yönəldilmiş addımların bir hissəsi adlandırıb. Bildirib ki, Azərbaycanın, eləcə də Gürcüstanın azadlığı uğrunda aparılan mübarizə dövlətlərimizin əbədi müstəqilliyə qovuşması ilə nəticələnib. Ona görə də, 9 Aprel və 20 Yanvar hadisələri xalqlarımızın qəhrəmanlıq tarixində şanlı bir səhifədir.
Diplomat, Azərbaycan dövlətinin şəhidlərimizə göstərdiyi diqqət və qayğıdan söz açıb, Gürcüstanda yaşayan soydaşlarımızın da hərtərəfli qayğı ilə əhatə olunduğunu bildirib.
Sonra Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Ramin İgidov, Gürcüstan Azərbaycanlı Ağsaqqallar Şurasının sədri İsaq Novruzov, şəhidin müəllimləri, dostları çıxış edib, sovet imperiya qüvvələrinin 1989-cu il aprelin 9-da Tbilisidə, 1990-cı ilin yanvarında Azərbaycanda, eləcə də digər ittifaq respublikalarında törətdikləri qırğın və cinayətləri təhlil ediblər.
Şagirdlər şəhidlərin xatirəsinə həsr olunmuş şeirlər söyləyiblər.
Tədbirdə Azərbaycan və gürcü ictimaiyyətinin nümayəndələri, Gürcüstan parlamentinin deputatı Savalan Mirzəyev və digər rəsmi şəxslər iştirak ediblər.
Şəhidlərin ruhuna ehsan süfrəsi açılıb.
Xətayi Əzizov

Bu xəbər oxucular tərəfindən 830 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |