Şrift:
XİN: Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə sülhün və sabitliyin möhkəmləndirilməsinə töhfə verəcək
03.04.2018 [10:08] - Gündəm, Siyasət
"Azərbaycan Qoşulmama Hərəkatında sədrliyi dövründə Avropa qitəsində və dünyanın digər yerlərində sülhün və sabitliyin möhkəmlənməsinə töhfə verəcək".
Bunu jurnalistlərə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
O bildirib ki, Qoşulmama Hərəkatı çərçivəsində qəbul edilmiş və müzakirə olunan sənədlər beynəlxalq hüququn prinsiplərinə və normalarına əsaslanır, o cümlədən BMT Baş Assambleyasının qərarlarına əsaslı təsir göstərir.
H.Hacıyev Qoşulmama Hərəkatının Azərbaycanın ərazi bütövlüyünü tam dəstəklədiyini bildirib.
Xatırladaq ki, 2019-2022-ci illərdə Azərbaycan Respublikası Qoşulmama Hərəkatına sədrlik edəcək.
Bu xəbər oxucular tərəfindən 422 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed