Şrift:
Hindistan İran neftinin idxalını iki dəfə artırmağı planlaşdırır
07.04.2018 [10:04] - Gündəm, Bildiriş
Hindistanın dövlət şirkətləri 2018-ci ildə İrandan neft idxalını iki dəfə artırmağı planlaşdırır.

Bu barədə "Reuters" agentliyinə şirkətlərə yaxın mənbələr bildirib.

Qeyd olunur ki, dörd şirkət - Indian Oil Corp, Mangalore Refinery and Petrochemicals Ltd, Bharat Petroleum və Hindustan Petroleum, gündə 396 min barrel İran nefti ixrac etməyi planlaşdırırlar.

Həmçinin qeyd olunur ki, İran Hindistan şirkətləri üçün endirimləri artırıb.

Qeyd olunan dörd şirkət əvvəlki maliyyə ilində İrandan gündə 205 min barrel neft ixrac edirdi.
Bu xəbər oxucular tərəfindən 545 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed