Şrift:
Fəxrəddin Hacıbəyli: “Ermənidən mükafat almaq arsızlıqdır”
28.06.2012 [14:47] - Müsahibə
Almaniya Xristian Demokratlar İttifaqının üzvü, jurnalist Fəxrəddin Hacıbəylinin müsahibəsini təqdim edirik.

- Fəxrəddin bəy, bu günlərdə yazar Seymur Baycanın ermənilərdən mükafat alması ölkədə kifayyət qədər ciddi səs küyə səbəb oldu. Özü də buna haqq qazandıraraq, üstəlik əcəb elədiyini bildirməsinə münasibətinizi bilmək maraqlı olardı?
- Mən bu insanları heç anlaya bilmirəm. Sülhə, əminamanlığa, barışa ermənilər can atırlarsa, bunun üçün sərmayə qoyurlarsa, lap yeri gələndə simalarını yazıqlıq, süni günahkarlıq görkəmi verirlərsə bunu başadüşmək olar, bu ermənilərdə təbii görsənir və əslində elə bu cür də davranmalıdırlar. Torpaq işğal edib və 20 idir əlində saxlayanlar istərdi ki, hər şey tezcə unudulsun, əlindəkini nə vaxtsa geriyə qaytara bileceyi ehtimalınıı daim gündəmdə saxlayan ümumi kin, nifrət soyusun, hər şey yaddaşlardan silinsin. Bunu ermənilər edirləsə tam haqlıdırlar.

Mən də işğalçı tərəfin bir münayəndəsi, ölkənin vətəndaşı olsaydım cani dildən buna çalışardım. Amma bizimkilər (əgər onlar həqiqətən də bizimkidilərsə) düşmənin etməli olduğunu ondan qabağa düşüb canla başla edirlərsə buna nə ad verək? Bunun anlamı nədir? Ermıni bir azərbaycanlıya nəyə görə mükafat verərmiş? Millətini sevdiyinəmi görə, onun gələcəyini aydınlatmağa çalışmasınamı görə? Vətəndaşı olduğu ılkənin mənafeyini hər şeydən üstün tutduğunamı görə? Beşikdə alnına güllə sıxılmasını unuda və bağışlaya bilməməsinəmi görə? Nəyə görə ödülləndirər bir azərbaycanlını erməni, əgər o ayərbaycanlıdırsa və dəyərlərini danmayıbsa, ayaq altına atmayıbsa?

- Yəni, Sizə bu qədərmi təsir edib?

- Mən də elə mükafat alan şəxs də müharibə bölgəsindənik, müharibə nəticəsində o da mən də evimizi itirmişik, öldürülən insanlarımızın qanının iyi hələ burnumdan getməyib, bədənlərinin müxtəlif üzvlərini itirmiş insanların qışqırtıları hələ də qulaqlarımızdadır, el arasında deyilir ey, həlak olan insanlarımızın qəbirdə hələ cəsədləri soyumayıb... Bəs bu nə melanxoliyadır, bu nə arsızlıqdır? Adam arsız olanda heç olmasa ayağı altında almayacağı bircə şey, heç olmasa bir dəyər saydığı nəsə saxlayar. Mükafat olan (fərqi yoxdur bunu ədəbiyyata, incəsənətə görəmi, gimnastikaya görəmi, hoppanıb-düşməyəm,i nəyə görə aldığı fərq etməz) bu müharibə nəticəsində itirdiyi uşaqlığına aldığı bu hədiyyə ilə haqq qazandırmış olurmumu? Evinin (yəqin ki,olub) dağıdılmasına “afərin” demiş olurmu? Öldürülən insanlarının qanının halalığını vermiş olurmu? Millətinin zorlanan ismətinə “əh, nə olsun,mənimki deyil ki” demiş olurmu? Fərqli fikirli, olmaq nə bilim, guya çoxluqdan seçilmək,kütlənin fövqündə olmaq biqeyrətçilik, arsızlıq, anasının gözü qabağında zorlanmasına baxıb əlini yelləyib üzünü yana çevirmək demək deyil? Alnamırsınızmı ki, erməni tərəfi bu barışıq üçün əldən ayaqdan gedir. Hər şeyin bir an öncə bitməsi,unudulması altına imza atdıqları fəlakətlərin,vəhşiliklərin yaddaşdan silinməsi və bir növbəti planlarını həyata keçirmələri üçü qonşuluğunda unutqan, başına gətirilənləri yaddaşından silmiş manqurd çoxluq istəyirlər? Bir saata möhtac idisə mən ona o saatın daha bahalısını alıb yollaya bilərdim. Bəs harda qaldı bunların sol dünyagörüşləri, mübarizə, maddi nemətlərə əqidəsini satmamaq fəlsəfələri? Yoxsa evindən didərgin salmış düşməninin əlindən həddiyyə almaq əqidə sferasına daxil deyil? Harda qaldı bəs "filan Nobel mükafatçısı filan prezidentin verdiyi ödülü geri qaytardı” populizmi? Bu qədər rəzil addım atdığını və buna görə hər yanda (təbii ki,özü kimiləri istisna olmaqla) sifətinə qinaq dolu baxışların zillənəcəyinii bilə-bilə erməninin bir 50-100 avroloq hədiyyəsinə boyun əyənin hansısa prezidentin100-200 minlik ödülünü əlinin axrasıyla itələyəcəyini iddia etməsi boşboğazlıqdır. Bu özünü baha satmaq, özünü "əyilməzlik" mücəssəməsi kimi kütləyə sırımaqdır. Belə insanların əyilməyəcəyi bir şey yoxdur. Əgər, hələ də evini işğalda saxlayandan 50 avroloq bir hədiyyəsinə boyun əyirsə belə insanların əyilməcəyi, qarşısında muti olmayacağı, mədəsnin sulanmayacağı bir şey yoxdur. Ermənilər hikkələrindən avroviziya yarışmasına iştirakçı yollamadılar, məncə buna görə ermənilərə afərin demək olar. Prinsiplərinə sadiq, düşmənini düşmən bilən, onun cah cahalına rəng qatmayan, qoşulmayan millət Qarabağı işğal da edər, onu 20 il əlində də saxlayar, yeri gəlsə sabah Bakını da tutar. Əgər,torpaq tiriən biz yox, ermənilər olsaydı, hərgah biz qalib tərəf olsaydıq bizimkilərin daha hansı rəzilliklərin altına imza ata biləcəklərini təsəvvür edirəm. Gör, haqqı tapdanmış, evi yağmamanmış, yaxınları qətl edilmiş olaraq bu arsızlığa rahatca bəraət qazandıra bilirlərsə, qalib tərəf olsaydıq içimizdən nələr boy verərdi.

Elnur Eltürk/"Vətəninfo"/
Bu xəbər oxucular tərəfindən 1957 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed