Şrift:
Pompeo Çavuşoğlu ilə danışıqlar aparacaq
04.06.2018 [10:13] - Siyasət
ABŞ dövlət katibi Mayk Pompeo iyunun 4-də Vaşinqtonda Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu ilə görüşəcək.

Görüşdə əsasən Suriyanın Mənbic şəhərinə dair yol xəritəsi müzakirə ediləcək.

"Nazir dövlət katibi Mayk Pompeonun dəvəti ilə 3-4 iyun tarixlərində ABŞ-da işgüzar səfərdə olacaq. Danışıqlar zamanı, Mənbicə dair yol xəritəsi də daxil olmaqla, Suriyaya ilə bağlı məsələlər, ikitərəfli münasibətlər habelə qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər müzakirə ediləcək", -məlumatda bildirilir.
Bu xəbər oxucular tərəfindən 377 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed