Şrift:
Qərbi Azərbaycanın Sərdəşt şəhərində kürd yaraqlı qruplaşmaları ilə silahlı qarşıdurmada 2 İran sərhədçisi həlak olub
07.06.2018 [10:35] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın Qərbi Azərbaycan əyalətinin Sərdəşt şəhərində naməlum kürd yaraqlı qruplaşmaları ilə baş verən silahlı qarşıdurmada 2 İran sərhədçisi həlak olub.

Yayılan məlumata əsasən, hadisə iyunun 5-i axşam saat 23:00-da İraq sərhədinə yaxın məntəqədə baş verib. Yaraqlı kürdlərlə sərhədçilər arasında baş verən atışma nəticəsində, İran hüquq-mühafizə qüvvələrinin 2 sərhədçisi, Yusif Piranə və Məhbub Qurbani güllə yarası alaraq yerindəcə həlak olub.

Qarşıdurmada yaraqlı kürdlərin mümkün itkiləri və onların hansı müxalif kürd siyasi cərəyanına bağlı olduqları açıqlanmayıb.
Bu xəbər oxucular tərəfindən 416 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed