Şrift:
"Gallup": Azərbaycan dünyanın 25 ən təhlükəsiz ölkəsi sırasındadır
06.07.2018 [10:24] - Xəbərlər, Sosial
Azərbaycan Amerikanın ictimai rəy institutu olan "Gallup"un versiyasına görə, 2018-ci ildə dünyanın ən təhlükəsiz ölkələri siyahısında 25-ci yerdə qərarlaşıb.
Sorğuda 142 ölkədən 15 yaşdan yuxarı 148 min nəfər, eləcə də Azərbaycandan 1000 nəfər iştirak edib.
Azərbaycan sorğunun nəticələrinə görə 85 bal toplayıb. Qonşu ölkələrdən Gürcüstan siyahıda 17, Ermənistan 69, Türkiyə 72, Rusiya isə 98-ci yeri tutub.
Sorğu zamanı sakinlərə gecələr şəhərdə tək gəzməyin mümkünlüyü, polisin işindən razılıq və son 12 ay ərzində onlara qarşı hücum və ya qarət aktının qeydə alınıb-alınmaması ilə bağlı sullar ünvanlanıb.
Sorğunun yekununda reytinq tərtib olunub və ona Sinqapur liderlik edib. Siyahıda ikinci yeri Norveç, İslandiya və Finlandiya bölüşüb.
İlk onluğa Özbəkistan, Honkonq, İsveçrə, Kanada, İndoneziya, Danimarka, Sloveniya, Lüksemburq, Avstriya, Çin və Niderland daxil olub. Siyahının sonuncu yerlərində Cənubi Sudan, Əfqanıstan və Vensuela qərarlaşıb.
Bu xəbər oxucular tərəfindən 497 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed