Şrift:
Qaşqay İnsan Haqları Müdafiəçiləri Komitəsi Güney Azərbaycanda son həbslər dalğasını pisləyən bəyanat yayıb
06.07.2018 [10:46] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Qaşqay İnsan Haqları Müdafiəçiləri Komitəsi Babək qalası yürüşü ərəfəsində Güney Azərbaycan şəhərlərində çox sayda milli-mədəni fəalın saxlanılmasını qınayıb.

Komitə bu barədə fəalların həbsini pisləyən bəyanat yayıb.

“İslam cümhuriyyətinin faşist və diktator rejimi hər zaman müstəbid Pəhləvi rejiminin davamçısı olub, ölkədə zülm altında olan millətlər, xüsusi ilə türklərə qarşı repressiyalar həyata keçirib. Elə bu siyasətin tərkib hissəsi olaraq Babək qalası yürüşü ərəfəsində Azərbaycanın türk milli-mədəni fəalları saxlanılır, döyülür və təhdid edilir.

Rejimin bu vəhşi hərəkəti göstərir ki, islam cümhuriyyəti qəhrəman türk millətini hələ tanımayıb. Türk milləti üçün qorxunun mənası yoxdur, azərbaycanlı fəallar daha qərarlı şəkildə yollarını davam etdirib və Babək qalası yürüşünü istədikləri kimi keçirəcəklər.

Şübhəsiz ki, biz Qaşqay türkləri Azərbaycandakı bacı və qardaşlarımızı dəstəkləyir, rejimin bu vəhşi əməllərini qınayırıq.

Qaşqay İnsan Haqları Müdafiəçiləri Komitəsi rejimin azərbaycanlı milli-mədəni fəallara qarşı zorakı tədbirlərini İnsan Hüquqları Bəyannaməsinin 9, 10, 11, 19 və 20-ci maddələrinə zidd olduğunu bəyan edərək bu qanunsuz hərəkətləri şiddətlə qınayır və BMT, İnsan Haqları Təşkilatları, həmçinin dövlətləri azərbaycanlı fəallara qarşı edilən təzyiqləri pisləməy və islam cümhuriyyətinə qarşı isə tədbir almağa çağırır”- deyə bəyanatın bir hissəsində qeyd olunub.

N.S
Bu xəbər oxucular tərəfindən 419 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed