Şrift:
Azərbaycanlı fəal Əmir Səttari Təbriz zindanında həbs olunub
11.07.2018 [10:34] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Azərbaycanlı milli-mədəni fəal Əmir Səttari məhkum edildiyi 7 aylıq həbs cəzasını çəkmək üçün Təbrizin Mərkəzi Zindanına müraciət edib.

Təbrizli fəalın iyulun 10-u sübh saatlarında həbs olunduğu bildirilir.

Fəal 2018-ci il yanvarın 1-də qondarma “daxili təhlükəsizliyinin əleyhinə toplaşma və sözləşmə” ittihamı ilə Təbrizdə Apelyasiya Məhkəməsinin qərarı ilə 7 ay həbs cəzasına məhkum edilib.

Ə.Səttari həmçinin virtual aləmdəki fəaliyyətinə görə Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsi tərəfindən 6 ay həbs cəzasına məhkum edilib, hazırda bu dosyeyə Apelyasiya Məhkəməsinin 3-cü şöbəsində baxılır.

Adını çəkdiyimiz fəal mayın 25-də Milli Qiyam zamanı canlarını fəda etmiş Sulduz şəhidlərinin məzarı üstündə keçirilən mərasimdə iştirak etdiyinə görə daha bir neçə fəalla birlikdə yaxalanıb, o bir neçə gün işgəncələr altında saxlandıqdan sonra bir milyard riallıq mülki vəsiqə qarşılığında sərbəst buraxılıb.

Ə.Səttari Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb.
Bu xəbər oxucular tərəfindən 576 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed