Şrift:
Tikintiyə icazə vermə haqqında sənədlərin reyestrə daxil edilmə müddəti qısaldıldı
24.07.2018 [10:00] - Gündəm, Sosial
Azərbaycanda yerli icra hakimiyyəti orqanlarının Dövlət Tikinti Reyestrinə məlumatları daxil etmə müddəti qısaldılıb.

Bununla bağlı “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”nda dəyişiklik edilib.

Dəyişikliyə əsasən, yerli icra hakimiyyəti orqanı tikintiyə icazə verdiyi tarixdən 3 gün müddətində bu qaydaların 3.1.1-ci yarımbəndində (tikintiyə icazə verən yerli icra hakimiyyəti orqanı tərəfindən Reyestrə təqdim edilməsi nəzərdə tutulan icazəyə dair sənəd və məlumatlar) nəzərdə tutulmuş sənəd və məlumatları Tikintilərin Dövlət Reyestrinə təqdim etməlidir.

İndiyədək isə bu müddət 10 gün nəzərdə tutulmuşdu.

Xatırladaq ki, Reyestr tikilən, istismar edilən, sökülən tikinti obyektləri barədə və ərazi planlaşdırılmasının sabitliyinin təmin edilməsi məqsədi ilə planlaşdırılacaq ərazidə tikinti niyyətinin həyata keçirilməsi ilə bağlı, habelə həmin ərazidə yerləşən torpaq sahələrində onların dəyərini əhəmiyyətli şəkildə artıran dəyişikliklər edilməsi ilə bağlı qadağaların qeydiyyatını aparır.
Bu xəbər oxucular tərəfindən 381 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed