Şrift:
Burada deyiblər “kiminin əvvəli, kiminin axırı”
03.08.2018 [09:34] - Xəbərlər, Qərbi Azərbaycan-İrəvan
On il əvvəl - 2008-ci ildə həbs olunan Nikol Paşinyan həbs edilməsində önəmli rol oynayan o dövrün hökumət nümayəndələrinin hazırda təqib edilməsi və həbsi ilə şəxsən məşğuldur. Burada deyiblər “kiminin əvvəli, kiminin axırı”.

Bu sözləri açıqlamasında son dövrdə Ermənistanda baş verən ictimai-siyasi prosesləri şərh edən analitik–icmalçı Ehtiram Aşırlı bildirib.

E.Aşırlı deyib: “Kim deyərdi ki, bir vaxtlar həbs olunan Nikol Paşinyan hökumətin başına keçəcək və onu dəmir barmaqlıqlar arxasına salan köhnə hökumət üzvlərindən əvəz çıxacaq. Əslində N.Paşinyan təkcə 2008-ci il 1 mart hadisələrinin araşdırılmasında maraqlı deyil, həmçinin köhnə hökumət nümayəndələrindən həbsdə olduğu günlərin intiqamını alır. Bir neçə gün öncə ovaxtkı prezident, etirazların qan içində boğulması əmrini vermiş Robert Köçəryan təqsirləndirilən şəxs qismində müstəntiqlərin qarşısına çıxarıldı və sabiq dövlət başçısının barəsində həbs qərarı çıxarılması üçün məhkəməyə müraciət olundu”.

Köçəryan bunu “vendetta” və “dövlətin altına bomba qoyulması” kimi qiymətləndirir. Robert Köçəryanın hakimiyyəti dövründə klan təəssübkeşliyi əvəzinə, hüquq və azadlıqlara əsaslanan dayanıqlı sistem qurmağa çalışsaydı, heç kim bu gün “qisas” fikrinə düşməzdi. Onun özü də indi məhbəs həyatına hazırlaşmaq əvəzinə, rahat təqaüdçü həyatını yaşayar, aqil adam qismində ölkəsinin yeni nəsil siyasətçilərinə məsləhətlər verərdi. Yəni, Köçəryanın həbsinin daxili siyasətdə Paşinyan üçün hər hansı neqativ nəticələrini gözləməyə dəyməz. Bəlkə də Paşinyanın tez-tez Qarabağa getməsi Ermənistanda klanın zərərsizləşdirilməsi ilə əlaqədar orada etirazların baş qaldırması ehtimalı qarşısında qabaqlayıcı tədbirlər görmək və öz mövqelərini möhkəmləndirməyə çalışmaq niyyətindən irəli gəlir.

Lakin hadisələr bir daha göstərir ki, Ermənistanda hökumət tam olaraq formalaşmayıb və vəziyyət hər an dəyişə bilər. Baş nazir hökumətlə məşğul olmaq əvəzinə öz intiqamını almaqla məşğuldur. N.Paşinyana “Cahanda hər hökmü bir zaman verir, dünən fərman verən, bu gün can verir” fikrini söyləmək burada yerinə düşər.
Bu xəbər oxucular tərəfindən 20 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed