Şrift:
Niftali Goyceli: - ERMƏNİ YALANLARI 1800-Cİ İLDƏN BU YANA
03.08.2018 [10:14] - Gündəm, Qərbi Azərbaycan-İrəvan
(xülasə)

1828-ci il İrəvanın Çar Rusiyası tərəfindən işğalı ilə əlaqədar rusların dəstəyilə xaçpərəst erməni millətinin yazarlarının qarşısında bir missiya dayandı: arxeologiya və mədəniyyət abidələrinin erməniləşdirilməsi naminə elmi-tarixi və bədii əsərlər yazmaq. Xaçatur Abovyanın (1805-1848) “Ermənistanın yaraları” romanında Həsən xanın fərraşları tərəfindən Təkun (erməni qızı) adlı bir qız zorla saraya aparılarkən Kanaker kəndindən olan (Kənəkir) Ağasi(erməni) dörd nəfər fərraşları öldürüb qızı azad edir və qaçaq düşür. Rus-İran(Səfəvi) müharibəsinin başlandığını eşidən Ağasi rus ordusuna qoşulub Yerevanın, yəni erməni şəhərinin (əsl adı İrəvanın) azadlığı uğurunda vuruşmalarda iştirak edir...”aşxarabar”dilində yazılmış bu roman 1850-ci illərdən erməni kilsə təhsilində dərs vəsaiti kimi tədris edilərək qrammatiq qüruluşu və söz tərkibinin 60% türk “morfem”lərinə əsaslanan müasir erməni dilinin formalaşmasında, erməni tarix anlayışına İrəvanın erməni şəhəri(Yerevan) olduğunu yerləşdirməkdə mühüm rol oynamışdır. Həmin əsər XIX əsrin yarsından başlayaraq fransız, rus, alman və s. dillərə tərcümə edilmişdir, Avropa mətbuatında qədim erməni şəhərinin “Yerevan” olduğu haqqında erməni yazarlar tərəfindən bir sıra məqalələr də dərc edilmişdir. 1960-cı illərdə Ermənistan axeoloqları bu yalanlar əsasında 2700 tarixli “Erebuni” şəhərinin maketini quraşdıraraq dünyaya car etilər ki, ermənilər qədim şəhər dövləti mədəniyyətinə malik bir xalqdır və s...
1988-ci ildə Almaniyada (ABŞ kəşfiyyat planı üzrə) erməni diasporunun təşkilatçılığı ilə Tessa Hofman “Vətən uğurunda yenidən qan axır” adlı qərəzli bir məqalə ilə “Zeit magazin” jurnalında çıxış etdikdən sonra, yəni Artsağ erməni “vətənində” ermənilər türklər tərəfindən qətlə yetirilir... eyni zamanda həmin məqalə rus-erməni mətbuatında da dərc edilirdi...Alman türkoloqu Əhməd Şmidenin S. Əlyarova və B. Vahabzadəyə müraciətindən sonra əldə olunan tarixi həqiqətlər əsasında Əhməd Şmide “Die Zeit” jurnalına müraciət edərək Tessa Hofmanın erməni yalanlarını ifşa etmişdir. Fəqət nə faydası, Zori Balayanın “Oçaq” kitabı da zaman-zaman Alban tarixininin arxeologiya, paleoqrafiya, heraldika, numuzmatika sahələri üzrə erməniləşdirilmiş mənbələrinə əsaslanaraq dünyaya yayıldı...İndi ABŞ və Avropada yeri gəldikcə, polemikalarda Qarabağı qədim erməni Arsağı kimi tarixi-elmi mənbə olaraq irəli sürürlər...
Bu tarixi erməni yalanlarının davamı üzrə indiki zamanda ABŞ, Ermənistan, Rusiya arxivçilərinin müşavirəsində müzakirə edilərək işğal edilmiş Azərbaycan torpaqlarının tarixini müxtəlif formalarda saxtalaşdırmağa yönələn “plan” hazırlanmışdır. Məlum olduğu kimi, hələ SSRİ dövründən Sovet xəritəşünaslığında, arxiv idarələrində, elm sahələrində, hal-hazırda RF-da çoxsaylı erməni nümayəndələrinin olması hər cürə saxtakarlığa fürsət və şəraitin yaranmasına zəmindir.
Bu xəbər oxucular tərəfindən 869 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed