Şrift:
“Azərbaycan diasporu - ensiklopedik məlumatlar toplusu” işıq üzü görüb
12.07.2012 [01:42] - Gündəm, Diaspor
Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilati dəstəyi ilə “Azərbaycan Diasporu - ensiklopedik məlumatlar toplusu” çap olunub.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) mətbuat xidmətindən Davam.az-a verilən xəbərə görə, kitabın redaktoru Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevdir.

Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 10-cu ildönümü münasibətilə nəşr olunmuş topluda ölkə prezidentinin diasporun inkişafına xidmət edən fərman və sərəncamları, müxtəlif vaxtlarda diaspor nümayəndələri ilə keçirdiyi görüşlər, Azərbaycan diasporunun tarixi, məskunlaşma coğrafiyası, görkəmli nümayəndələri və dövlət təltiflərinə layiq görülmüş xaricdə yaşayan azərbaycanlılar, diaspor təşkilatlarının nəzdində fəaliyyət göstərən kütləvi informasiya vasitələri haqqında məlumatlar toplanıb.

Bununla yanaşı, topluda dünya azərbaycanlılarının I, II və III qurultayları, eləcə də diaspor təşkilatlarının iştirakı ilə keçirilmiş yüksək səviyyəli digər tədbirlər, habelə diaspor mövzusuna dair terminlər, anlayışlar, maraqlı məlumatlar da öz əksini tapıb. Kitab diaspor mövzusu ilə maraqlanan geniş oxucu kütləsi və tədqiqatçılar üçün nəzərdə tutulub.
Bu xəbər oxucular tərəfindən 1780 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed