Şrift:
İranın məşhur futbolçusu ustad Şəhriyarın şeirini Kuruşun əsəri kimi qələmə verib
15.09.2018 [10:15] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın məşhur futbolçusu Əli Kərimi ustad Şəhriyarın “Keçmə namərd körpüsündən qoy aparsın sel səni...” şeirini Kuruşun əsəri kimi təqdim edib.

İran milli komandasının keçmiş oyunçusu sentyabrın 13-də məşhur şeirin farsca tərcüməsini İnstaqram səhifəsində yayaraq onu sözdə “Böyük Kuruş”un əsəri adlandırıb.

Əli Kəriminin bu təhrifi azərbaycanlı sosial şəbəkə istifadəçilərinin kəskin etirazı ilə qarşılanıb.

Etirazların artdığını görən Əli Kərimi bir neçə saat sonra şeirin tərcüməsini səhifəsindən silib.

Soydaşlarımızın sosial şəbəkələrdə fəal olması dəfələrlə oxşar təhriflər və Azərbaycana qarşı yönələn digər hadisələrin qarşısını alıb.

Əli Kərimi bu təhrifə görə hələ ki, Azərbaycan türk millətindən üzr istəməyib.

İrqçiliyə aludə olan farsdilli iranlılar hər zaman belə təhriflərə yol verir. Türk şair və ariflərin əsərlərinin təhrif olunması artıq çoxlarının gözündə adi hala çevrilib.

Ustad Şəhriyarın yazdığı şeir belə olub:
Qoy məram üstə saralsın yaz becərdən gülşəni
Anlamaz Dostu rəha et, saxla aqil düşməni
Doğru sözdür, bu keçənlərdən qalıbdır yadigar
Keçmə namərd körpüsündən, qoy aparsın sel səni
Xəl edib xəllaq aləm, bir gözəl insan səni
Qoyma dünya eyləsin qəlladəli heyvan səni
Düz yaşa azad yaşa, namərdə əymə başıvı
Yatma tülkü daldasında, qoy yesin aslan səni
Bu xəbər oxucular tərəfindən 624 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed