04.10.2018 [10:26] - İslam dini
Oktyabrın 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Dövlət Sərhəd Xidmətinin birgə təşkilatçılığı ilə Tədbirlər Planına uyğun olaraq “Dini təhlükəsizlik ictimai-siyasi təhlükəsizliyin vacib elementidir” mövzusunda seminar keçirilib.
Komitənin mətbuat xidmətindən bildiriblər ki, əvvəlcə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilən, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinə həsr olunan “Şəhadət” sənədli filmi nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin rəisi, general-mayor Abbas Xəlilov mövzunun aktuallığından danışıb. O, ulu öndər Heydər Əliyevin dövlət sərhədlərimizin qorunması, Azərbaycan sərhəd mühafizəsinin formalaşması və inkişafı istiqamətindəki xidmətlərindən danışıb, böyük dövlət xadiminin müəyyənləşdirdiyi strategiyanın Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində ölkəmizin sərhəd mühafizəsinin ən müasir tələblər səviyyəsinə qaldırıldığını qeyd edib.
Daha sonra çıxış edən DQİDK-nın sədr müavini Səyavuş Heydərov bu cür seminarların keçirilməsində əsas məqsədin gəncləri Vətənə məhəbbət, xalqının tarixinə, mədəniyyətinə və milli-mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə etmək, eləcə də dini fanatizm, dini radikalizm və dini ekstremizm meyillərinə qarşı mübarizə aparmaq olduğunu bildirib. S.Heydərov vətənpərvərliyin gücləndirilməsində milli-mənəvi dəyərlərin özünəməxsus rolu olduğunu, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bu istiqamətdə müvafiq dövlət orqanları ilə sıx əməkdaşlıq etdiyini, Silahlı Qüvvələrin bütün hərbi hissələrində maarifləndirici tədbirlərin keçirildiyini diqqətə çatdırıb.
Sədr müavini, eyni zamanda, dini radikalizm və ekstremizmin yaranma səbəbləri, təzahür formaları və ona qarşı mübarizənin hüquqi əsasları barədə ətraflı məlumat verib, gəncləri radikal dini cərəyanların, yad dini ideologiyaların təsiri altına düşməkdən qorumağın, onların milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunmasının vacibliyini qeyd edib. S.Heydərov dini radikalizmlə mübarizədə hər bir Azərbaycan Respublikası vətəndaşının, xüsusilə gənc nəslin fəallıq və sayıqlıq göstərməsinin zəruriliyini vurğulayıb.

Bu xəbər oxucular tərəfindən 716 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |