Şrift:
Qərbi Azərbaycan qaçqınlarının deportasiyası ilə bağlı Prezidentə müraciət olundu
09.10.2018 [10:45] - Qərbi Azərbaycan-İrəvan
Azərbaycan Qaçqınlar Cəmiyyəti İdarə Heyətinin növbəti yığıncağı keçirilib. Yığıncaqda soydaşlarımızın Qərbi Azərbaycan (indiki Ermənistan) ərazisindən 1948-1953-cü illər deportasiyasının 70 illiyi və 1988-ci il deportasiyasının 30 illiyi ilə bağlı məsələ müzakirə olunub.

Cəmiyyətin İdarə Heyətinin sədri Əziz Ələkbərlinin verdiyi məlumata görə, yığıncaq iştirakçıları qurumun təşəbbüsü ilə bir sıra QHT rəhbərlərinin, ziyalıların və qaçqınların nümayəndələrinin bu məsələ ilə bağlı ölkə Prezidenti İlham Əliyevə ünvanladığı Müraciəti nəzərdən keçirib, vətəndaş cəmiyyətinin məsələyə göstərdiyi həssas münasibəti yüksək qiymətləndiriblər.

Müraciətdə azərbaycanlıların deportasiyası və soyqırımına vaxtilə görkəmli dövlət xadimi Heydər Əliyevin məlum tarixi fərmanlarında ilk dəfə olaraq tarixi-siyasi qiymət verildiyi xatırlanıb, bu siyasi xəttin bu gün də uğurla davam etdirildiyi qeyd olunub. Müraciətdə 1948-1953-cü illər deportasiyasının 70 illiyinin, 1988-ci il deportasiyasının 30 illiyinin dövlət səviyyəsində qeyd olunmasının xalqımızın vaxtilə məruz qaldığı milli faciənin unudulmaması və yüksək tribunalardan dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb etdiyi xüsusi vurğulanıbr.

Yığıncaqda Müraciətin ölkə Prezidenti İlham Əliyevə göndərilməsi məqsədəuyğun sayılmışdır.
Bu xəbər oxucular tərəfindən 22 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed